Gələn il keçiriləcək beynəlxalq güləş yarışlarına hazırlıq prosesləri müzakirə olunub

Gələn il keçiriləcək beynəlxalq güləş yarışlarına hazırlıq prosesləri müzakirə olunub
  • İdman

  • Dekabrın 28-də Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyevin rəhbərliyi ilə iclas keçirilib.

    AGF-dən LEQAL.AZ-a bildiriblər ki, iclasda yığma komandaların baş məşqçiləri iştirak ediblər. Görüşdə əvvəlcə dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilən fərdi dünya kubokunun nəticələri müzakirə olunub və baş məşqçilərin hesabatı dinlənilib.

    Daha sonra 2021-ci ilin təqvim planında yer alan təlim-məşq toplanışları, yarışlar, o cümlədən Avropa və Dünya Olimpiya təsnifat turnirlərinə hazırlıq prosesləri geniş müzakirə olunub.

    Təqvim planı ilə bağlı təkliflərini səsləndirən və tapşırıqlarını verən N.Əliyev lisenziya yarışlarına maksimum səviyyədə hazırlıq üçün bütün zəruri tədbirlərin görüləcəyini və lazımi şəraitin yaradılacağını bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər