Azərbaycan voleybolçusu Odina Əliyeva karyerasını ABŞ-da davam etdirəcək

Azərbaycan voleybolçusu Odina Əliyeva karyerasını ABŞ-da davam etdirəcək
  • İdman

  • Azərbaycan millisinin voleybolçusu Odina Əliyeva karyerasını ABŞ-da davam etdirəcək.

    LEQAL.AZ xəbər verir ki, 30 yaşlı hücumçu Pro Liqada mübarizə aparan “Atletes Unlimited”lə müqavilə imzalayıb.

    Sonuncu mövsümü İndoneziyanın “Cakarta” klubunda oynayan O.Əliyeva razılaşmaya əsasən 1 mövsüm yeni klubunun uğurları üçün çalışacaq.

    Qeyd edək ki, voleybolçu İtaliya və Türkiyədə də legioner həyatı yaşayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər