Güləşçimiz erməniyə qalib gəlib finala çıxdı

Güləşçimiz erməniyə qalib gəlib finala çıxdı
  • İdman / Maraqlı

  • Azərbaycan güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında növbəti görüşlərini keçiriblər.

    Azərbaycan Güləş Federasiyasından Leqal.az-a verilən məlumata görə, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kiloqramda yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

    Tural Əhmədov (60 kiloqram) gürcüstanlı Beso Maxaradzeyə 2:1 hesabı ilə qalib gəlsə də, 1/4 finalda isveçli Adam Silverinə (3:4) minimal fərqlə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Tural sabah təsəlliverici görüşdə yunanıstanlı İlias Zairakislə qarşılaşacaq.

    Fəraim Mustafayev (67 kiloqram) təsnifat mərhələsində rusiyalı Qrair Oqanesyana 3:5 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün Fəraim sabah təsəlliverici görüşdə rumıniyalı İosif Yoneskuyla güləşəcək.

    Ruslan Nurullayev (72 kiloqram) yarımfinaladək ukraynalı Maksim Radik, xorvatiyalı Luka İvançiç və finlandiyalı Oliver Pada üzərində 3:1 hesablı qələbə qazanıb. Finalın bir addımlığında litvalı Rokas Çepauskasa 1:5 hesabı ilə uduzaraq, titulunu qoruya bilməyən güləşçimiz ümidini bürünc medala bağlayıb.

    İsmayıl Rzayev (82 kiloqram) israilli Omer Barak (8:0), bolqarıstanlı Martin Şişekov (tuş) və xorvatiyalı Antonio Lukaça (9:0) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Həmyerlimiz ermənistanlı Erik Matevosyanla gərgin mübarizə şəraitində keçən yarımfinal qarşılaşmasında da sevinən tərəf olub – 2:1. İsmayıl finalda türkiyəli Alperen Berberlə üz-üzə gələcək.

    Mahir Qurbanlı (97 kiloqram) 1/8 finalda polşalı Sebastyan Varxolla bacarmayıb – 2:7.
    PAYLAŞ:

    Oxşar xəbərlər