Bu gün Türkiyənin oyunu var

Bu gün Türkiyənin oyunu var
  • İdman

  • Bu gün AÇ-2024-ün 1/8 final oyunlarına yekun vurulacaq.

    Leqal.az xəbər verir ki, baş tutacaq iki qarşılaşmadan sonra 1/4 final mərhələsinin bütün iştirakçılarının adları məlum olacaq.

    Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland millisi qarşılaşacaq. Görüş Münhendəki "Alyans Arena”da keçiriləcək.

    Digər qarşılaşmada isə D qrupunu ilk sırada başa vuran Avstriya və F qrupunda ikinci pilləni tutan Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

    Oyun Leyptsiq şəhərindəki "Red Bull Arena”da baş tutacaq.

    AÇ-2024

    1/8 final
    2 iyul
    20:00. Rumıniya - Niderland
    Baş hakim: Feliks Şvayer (Almaniya).
    Münhen, "Alyans Arena”.
    23:00. Avstriya - Türkiyə
    Baş hakim: Artur Diaş (Portuqaliya).
    Leyptsiq, "Red Bull Arena”.
    PAYLAŞ:

    Oxşar xəbərlər