Ağdamda 2 nəfər minaya düşdü

Ağdamda 2 nəfər minaya düşdü
  • İdman / Maraqlı

  • Bu gün mina partlayışı nəticəsində xəsarət alan Mirfəttah Bağırov Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Leqal.az-ın məlumatına görə, digər xəsarət alan Xəqani Teymurov isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Xatırladaq ki, bu gün Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.

    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

    Hər iki şəxs ayağından xəsarət alıb.

    Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər