Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” və qadınların təmsil olunduğu “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa kubokunda çıxışlarını davam etdirirlər.
LEQAL.AZ xəbər verir ki, “Vüqar Həşimov” komandası 6-cı turda “Schachgesellschaft Riehen” (İsveçrə) yığmasına 5:1 hesabı ilə qalib gələrək üçüncü yerə yüksəlib. Kişi şahmatçılarımız 6 turda 10 xal toplayıblar. “Odlar Yurdu” isə Avstriyanın “ASVOe Pamhagen” komandasına 1,5:2,5 hesabı ilə uduzub.
“Odlar Yurdu” 6 turun nəticəsinə görə 6 xalla 8-10-cu yerləri bölüşür.