Ukraynalı tanınmış boksçu, WBA super, WBO, IBF və IBO kəmərlərinin sahibi Aleksandr Usik həmvətənlərinə müraciət edib:
“Əziz Ukrayna və ukraynalılar! Kütləvi İnformasiya Vasitələrində mənim qaçdığım barədə xəbərlər paylaşılır. Yox, mən işimlə əlaqədar səfərdə idim. Amma artıq qayıtmışam və evdəyəm. Dostlar, biz birləşməliyik, çünki indi çox çətin zamandır. Mən öz ölkəmə, vətəndaşlarımıza görə çox narahatam və indi daxilimdə emosiyalar aşıb-daşır. Dostlar, bu müharibəni dayandırmaq lazımdır və biz bunu etməliyik. Hamı bir yerdə”.
Qeyd edək ki, Aleksandr Usik Entoni Coşuanı məğlub edərək bir neçə versiyada ağır çəkidə kəmərlərin sahibi olan 3-cü boksçudur. Bununla da, o, Evander Holifild və Devid Heylə bərabərləşib. Peşəkar karyerasında 19 görüş keçirən və hamısında qalib gələn Usik qalibiyyətlərinin 13-nü nokautla qazanıb. 35 yaşlı dəri əlcək ustası eyni zamanda “London- 2012” Yay Olimpiya Oyunları, habelə 2011-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibidir.
Ətraflı videonu təqdim edirik:
Oxu.az