Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ilin ən çox qol vuran qapıçısının adını açıqlayıb.
“Leqal” xəbər verir ki, bu barədə İFFHS-in rəsmi saytı məlumat yayıb. İlin ən çox qol vuran qapıçısı “Quarani”nin (Paraqvay) qolkiperi Qaspar Servio olub. 29 yaşlı oyunçu yerli çempionatda 7 dəfə penaltidən fərqlənib.
Qeyd edək ki, Qaspar ötən ildən “Quarani”də oynayır. (Qafqazinfo)
LEQAL.AZ