Xəzərdə 52 yaşlı kişi bataraq öldü

Xəzərdə 52 yaşlı kişi bataraq öldü
  • Hadisə

  • Xəzər dənizində bir nəfər batıb.

    LEQAL.AZ  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) bir nəfərin batması barədə məlumat daxil olub.

    FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1969-cu il təvəllüdlü Mansurov Amil Məhəmməd oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər