Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) baş ofisində ölüm hadisəsi baş verib.
LEQAL.AZ report-a istinadən xəbər verir ki, orada çalışan 48 yaşlı Məmməd Həsənov qəfildən vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
M.Həsənovun ürək çatışmazlığından öldüyü ehtimal edilir.