Xocavənddə erməni hərbçilərinin meyiti

Xocavənddə erməni hərbçilərinin meyiti
  • Hadisə

  • Xocavənddə aparılan axtarış işləri zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edilən, lakin bu günə qədər itkin düşmüş sayılan daha 3 hərbçisinin meyitinin qalıqları tapılıb.

    Bu barədə LEQAL.AZ Ermənistan mətbuatına istinadən xəbər verir.

    Qeyd edilir ki, meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası aparılacaq. Bununla da Ermənistanın ikinci Qarabağ müharibəsində mıəhv edilmiş, lakin bu günə qədər itkin düşmüş sayılan hərbçilərinin sayı 1 579 nəfərə çatıb.

    Xatırladaq ki, Ermənistan hakimiyyəti döyüşlərdə məhv edilmiş hərbçilərinin sayını hələ də gizlədir./report
    PAYLAŞ:

    Oxşar xəbərlər