Nənənin evində dolma yeyib, pulunu oğrayan şəxs həbs edildi

Nənənin evində dolma yeyib, pulunu oğrayan şəxs həbs edildi
  • Hadisə

  • Paytaxtın Nəsimi rayonunda tənha yaşayan yaşlı qadının evindən oğurluq edən şəxs həbs edilib.

    LEQAL.AZ  unikal.org-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

    “Elmira nənənin çantasından pul oğurlamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb. Onun barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir, onun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır. Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər", - Hacıyev bildirib.

    Qeyd edək ki, jurnalist Ləman Ələşrəfqızı sözügedən oğurluqla bağlı məlumat paylaşmışdı. Jurnalist oğrunun kameraya düşən fotosunu da yaymışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər