Nigeriyada silahlılar 53 dinc sakini

Nigeriyada silahlılar 53 dinc sakini
  • Hadisə

  • Mal-qara oğurluğu ilə məşğul olan quldurlar Nigeriyanın şimal-qərbində Zamfara ştatının 6 kəndində 53 dinc sakini öldürüblər.

    LEQAL.AZ  yerli “Vanguard” qəzetinə istinadən xəbər verir ki, bu barədə ştat polisinin nümayəndəsi Məhəmməd Şexu bildirib.

    "Ötən cümə axşamı və cümə günü ərzində Zurmi ərazisində 6 kənd cinayətkar dəstənin hücumlarına məruz qalıb, 53 fermer öldürülüb”, - o bildirib.

    Zurmiyə əlavə polis qüvvələri göndərilib.

    Şexunun sözlərinə görə, motosikllərdə hərəkət edən quldurlar mal-qara oğurluğu ilə məşğul olurlar.

    Nigeriyada artıq ikinci ildir dinc sakinlərə silahlı hücumlarının sayının artımı müşahidə olunur. Cinayətkarlar insanları öldürür, pul müqabilində girov götürür, mal-qara oğurlayır./report
    PAYLAŞ:

    Oxşar xəbərlər