Gəncədə intihar hadisəsi baş verib.
LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
2004-cü il təvəllüdlü Şəms Hüseynova özünü 9 mərtəbəli binanın 7 mərtəbəsindən atıb.
Gənc qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumatına görə, hadisəyə səbəb Ş.Hüseynovanın imtahandan kəsilməsi olub.
Faktla bağlı araşdırma aparılır.