Burkina-Fasonun şimal-şərqində Solhan kəndinə silahlı qruplaşma tərəfindən hücum edilib.
LEQAL.AZ “Frans Press”ə istinadən xəbər verir ki, hücum nəticəsində ölənlərin sayı 138 nəfərə yüksəlib.
Öldürülənlərdən 7-si uşaqdır. Silahlılar evləri və kənd bazarını yandırıblar.
Bildirilib ki, 2015-ci ildən bəri bu, ən çox insanın öldürüldüyü hücum olub.
Yerli hökumət ölkədə üç günlük milli matəm elan edib./modern.az