Ana və iki uşağı yanaraq öldü

Ana və iki uşağı yanaraq öldü
  • Hadisə

  • Sabirabad rayonunun Zəngənə kəndində ümumi sahəsi 230 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. LEQAL.AZ FHN-ə istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1988-ci il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı, 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu və 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Elmin oğlunun yanmış meyitləri aşkar olunub.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər