Bakıda evlərdən oğurluq olub.
Bu barədə LEQAL.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ğurluq etdiyinə görə tutulmuş Ə.Əhmədovun və C.Süleymanovun ətraflarında Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda daha 3 evdən ümumilikdə 100 600 ABŞ dolları, 700 avro, 5 000 manat dəyərində geyim, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilib.