Bakıda 34 min manatlıq oğurluq

Bakıda 34 min manatlıq oğurluq
  • Hadisə

  • Bu barədə LEQAL.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Osmanovun 50 manat pulunu, 1150 manat dəyərində qol saatı və qızıl-zinət əşyalarını və bir evdən 150 manat, 2000 ABŞ dolları, 10 950 manat dəyərində qızıl-zinət, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini N.Ələsgərov, Beyləqan rayon sakini O.Əliyev və Bakı şəhər sakini Ə.Əsədov saxlanılıb.

    N.Ələsgərovun və O.Əliyevin ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Şərur rayon sakini F.Əliyevlə birgə daha bir evdən 500 manat pul və 20 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

    Davam etdirilən tədbirlərlə F.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər