Moskvada məktəbdə oyuncağın partlaması nəticəsində iki uşaq xəstəxanalıq oldu

Moskvada məktəbdə oyuncağın partlaması nəticəsində iki uşaq xəstəxanalıq oldu
  • Hadisə

  • Rusiya paytaxtında məktəblərin birində oyuncağın partlaması nəticəsində dörd şagird zərər çəkib.

    Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

    Məlumata görə, hadisəyə səbəb beşinci sinif şagindinin sinfə partlayan oyuncaq gətirməsi olub. O, sinifdə partlayıb  və maddənin yüksək konsentrasiyası ilə əlaqədar şagirdlərdən dördünün halı pisləşib.

    Hadisə ilə əlaqədar təcili yardım və polis çağırılıb.

    Uşaqlardan ikisi xəstəxanaya yerləşdirilib, digər iki şagird isə tibb müəssisəsinə getməkdən imtina edib.

    Məlumata görə, hadisənin səbəbkarı oyuncağı internetdən sifariş edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər