Qəzza sektorundan İsrail ərazisinə 150-yə yaxın raket atılıb, onların çoxu “Dəmir Günbəz” raketdən müdafiə sistemi tərəfindən zərəsizləşdirilib.
LEQAL.AZ “report”a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
İsrail hərbçiləri buna cavab olaraq “HƏMAS” hərəkatının obyektlərinə aviazərbələr endirib.
“Asharq Al-Awsat” nəşri bildirib ki, İsrailin aviazərbələri nəticəsində “HƏMAS”ın liderlərindən biri Məhəmməd Fayad Beyt-Hanun şəhərində ölüb.
Ümumilikdə isə 20 fələstinli həlak olub, 65 nəfər yaralanıb.