Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb
  • Hadisə

  • Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

    LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən 1990-cı il təvəllüdlü Mingəçevir sakini olan döyüşçü Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

    Mingəçevir şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, şəhid bu gün saat 14.00-da Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.

    Allah rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər