“Azərsu” əməkdaşları ilə mübahisə edən qadın özünü bıçaqladı

“Azərsu” əməkdaşları ilə mübahisə edən qadın özünü bıçaqladı
  • Hadisə

  • Bu gün günorta saatlarında Qax şəhərində “Azərsu” ASC-nin əməkdaşları ilə şəhər sakini arasında insident baş verib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Qeyd edilir ki, Qax şəhəri Nəriman Nərimanov küçəsi bina 1, blok 2, mənzil 7-də yaşayan Firəngiz Ziyəddin qızı Musayeva “Azərsu” əməkdaşları İlə arasında yaşanan mübahisə zamanı bıçaqla özünə xəsarət yetirib.

    Məsələ ilə əlaqədar “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, məsələ ilə bağlı bağlı regional şöbə ilə əlaqə saxlanılacaq. Araşdırma aparılandan sonra ətraflı açıqlama veriləcək.



    baku.ws
    PAYLAŞ:

    Oxşar xəbərlər