Meksikanın Nuevo-Leon ştatının Apodaka bələdiyyəsində “Augusta 109” helikopteri qəzaya uğrayıb.
LEQAL.AZ “Report”-a istinadən xəbər verir ki, bu barədə ştatın mülki müdafiə xidməti bildirib.
Qeyd edilir ki, qəza yerində bir nəfərin meyiti aşkarlanıb.
"Laredo şosesinin 19-cu kilometrliyində hərbi bazanın arxasında, Apodaka bələdiyyəsi ərazisinə helikopter düşüb və yanıb. Hadisə yerində insan meyiti aşkar edilib", - polisin tvitterdəki səhifəsində bildirilir.
Bildirilir ki, həlak olan şəxsdir helikopterin pilotudur. Hadisə yerində xilasedicilər işləyir.