Füzuli rayonunda aşan avtomobilin sürücüsü həlak olub

Füzuli rayonunda aşan avtomobilin sürücüsü həlak olub
  • Hadisə

  • Füzuli rayonunun Üçbulaq kəndi ərazisində Abşeron rayon sakini C.Tanrıquliyev idarə etdiyi “Mitsubishi-Pikap L200” markalı avtomobili aşırıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, nəticədə sürücü hadisə yerində həlak olub, xəsarət almış 5 sərnişin xəstəxanaya yerləşdirilib.

    Hadisə ilə bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər