Dəm qazından boğulub ölən qızlar

Dəm qazından boğulub ölən qızlar
  • Hadisə

  • Ötən gün gənc qızların hosteldə dəm qazından ölməsi ilə bağlı təfərrüatlar məlum olub.

    LEQAL.AZ unikal.org-a istinadən xəbər verir ki, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 6 ünvanında yerləşən "Seaside" hostelinin hamama otağında müvəqqəti qalan 2002-ci ildə anadan olmuş, həmin hosteldə müvəqqəti yaşayan Dadaşova Ləman Əhməd qızı və 2001-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay "Seaside" hostelində müvəqqəti yaşayan Mamedova Xəyalə Müseyib qızı axar su qızdırıcısından yaranan dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

    Hazırda qeyd olunan fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər