Polis Ağcabədi sakininin Xocavəndə tapdığı silah-sursatı götürdü

Polis Ağcabədi sakininin Xocavəndə tapdığı silah-sursatı götürdü
  • Hadisə

  • Ağcabədi rayonunda silah-sursat götürülüb.

    DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Ağcabədi rayon sakini Hüseyn Əliyev işğaldan azad edilən Xocavənd rayonu ərazisində olarkən 1 pulemyot, 98 pulemyot gülləsi, 2 qumbaraatan, 13 qumbaraatan mərmisi, 1 əl qumbarası, 7 ədəd müxtəlif mərmi tapıb.

    Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində həmin şəxs tapdığı silah-sursatları RPŞ-yə təhvil verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər