Paytaxt sakini Xaçmazda odlu silah və narkotik vasitə ilə ələ keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən apa-ya verilən məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz st. Xətt Polis Şöbəsinin və Yalama st. Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Aqşin Qasımov ADY QSC-nin Xudat stansiyasının ərazisində saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanaraq götürülüb.
A.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Xudat stansiyası ərazisində odlu silah gizlətdiyi də müəyyən edilib və həmin əraziyə keçirilən baxış zamanı dəmir yolu kənarında yerləşən yarımtikilidən bir ədəd AKS markalı avtomat, bir ədəd daraq və 20 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Xaçmaz st. Xətt Polis Şöbəsində araşdırmalar aparılır.
Müəllif: LEQAL.AZ