Sabirabad rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sabirabad rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • Hadisə

  • Sabirabad rayonunun Qaralar kəndi ərazisində hələlik müəyyən edilməmiş avtomobillə velosiped sürən Kürkəndi kənd sakini M.Tağıyev vurulub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, qəza nəticəsində M.Tağıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Hadisə ilə bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər