Paytaxtın Nizami rayonu ərazisində dörd avtomobil toqquşub

Paytaxtın Nizami rayonu ərazisində dörd avtomobil toqquşub
  • Hadisə

  • Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri A.Kərimovun idarə etdiyi “Toyota Prado”, H.Mədətovun idarə etdiyi “Toyota Corolla”, K.Həsənovun idarə etdiyi “Mercedes” və İ.Həşimovanın idarə etdiyi “Range Rover” markalı avtomobillər toqquşub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, hadisə nəticəsində H.Mədətovun sərnişini, anası Rəhilə Mədətova həlak olub.

    Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər