Şabran rayonunda bədbəxt hadisə baş verib.
LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ceyranlı kəndində qeydə alınıb.
2000-ci il təvəllüdlü Yusifova Məleykə Vahab qızı zəhərlənərək dünyasını dəyişib.
İlkin araşdırma zamanı dünyasını dəyişən M.Yusifovanın hamilə olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.