Paytaxtın Suraxanı rayonunda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Suraxanı rayonu ərazisindəki evlərin birindən üç min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Mustafayev, qardaşı S.Mustafayev və S.Məmmədov rayon polis idarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.
Faktla bağlı təhqiqat davam etdirilir.