Paytaxtın Yasamal rayonunda oğurluq edən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, rayon ərazisindəki qarajların birindən 30 min ABŞ dolları dəyərində məişət əşyaları və kolleksiya markaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş İ.Qədirov, İ.İlyasov və Ə.Əsgərov Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.
Faktla bağlı araşdırma aparılır.