Sumqayıtda evdən 2800 manatlıq əşyalar oğurlayanlar saxlanıldı

Sumqayıtda evdən 2800 manatlıq əşyalar oğurlayanlar saxlanıldı
  • Hadisə

  • Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki evlərin birindən 2800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri F.Abbasov, A.Canəliyev və N.Bayraməliyev saxlanılıblar.

    Bu barədə LEQAL.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, A.Canəliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmyerlisi, əvvəllər məhkum olunmuş R.Həsənovla birgə avtoyuma məntəqələrinin birindən 600 manat dəyərində tozsoran və kompressor, R.Həsənovun tədris mərkəzlərinin birindən kompüter, printer, modem və həmyerlisi, əvvəllər məhkum olunmuş K.Səfərəliyevlə birgə internet klubların birindən 18 ədəd oyun aparatı, 30 ədəd pult, 10 ədəd disk, K.Səfərəliyevin isə “Mercedes” markalı bir avtomobildən maqnitofon və monitor oğurlaması müəyyən edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər