Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “Ka-32” helikopteri Kalininqrad bölgəsindəki Kurşsk körfəsininin hövzəsində təlim uçuşu zamanı qəzaya uğrayıb.
LEQAL.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. İki nəfər xilas edilib.
Hazırda yaralılar və ölənlər haqqında məlumat dəqiqləşdirilir.