Boliviyada hərbi təyyarə evin üzərinə düşdü, ölən var

Boliviyada hərbi təyyarə evin üzərinə düşdü, ölən var
  • Hadisə

  • Boliviyanın Hərbi Hava Qüvvələrinin təyyarəsi Sakaba şəhərinin mərkəzində yaşayış evlərindən birinin üzərinə düşüb.

    Bu barədə “Report” “Unitel” telekanalına istinadən xəbər verir.

    Məlumata görə, qəzadan sonra ərazidə yanğın başlayıb. Hadisə nəticəsində həmin evdə yaşayan 18-20 yaşlı qız həlak olub.

    Qəza zamanı təyyarədə iki nəfər olub. Onlar paraşütlərlə tullanaraq xilas ola biliblər.

    Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib. Qəzanın səbəbləri və başvermə şəraiti müəyyənləşdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər