Nazpəri Dostəliyeva oğlunun ölümündən danışdı - FOTO

Nazpəri Dostəliyeva oğlunun ölümündən danışdı - FOTO
  • Hadisə

  • “Oğlum valideynlərimlə qardaşımın dəfn olunduğu Qobustan qəbiristanlığında torpağa tapşırılacaq”.

    Bu sözləri news24.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib.

    Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün anidən baş verdiyini bildirib:

    “Oğlum quş kimi yanımdan uçub getdi. Xalası ilə, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı. Elə bil, cənnət quşu idi... Deməli, həyatıma bu da yazılıbmış”, - deyən sənətçi göz yaşlarını saxlaya bilməyib.

    Qeyd edək ki, Xalq artistinin böyük oğlu Əli Quliyev bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər