Hövsan qəsəbəsindəki yaşayış komplekslərindən birinin həyətindən 265 metr uzunluğunda elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbəsindəki yaşayış komplekslərindən birinin həyətindən 4275 manat dəyərində 265 metr yüksək gərginlikli elektrik naqili oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri M.Seyidov və S.Nağıyev saxlanılıblar.
Hadisə ilə bağlı təhqiqat aparılır.