Gəncə sakini qardaşını bıçaqlayıb

Gəncə sakini qardaşını bıçaqlayıb
  • Hadisə

  • Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, hadisə köhnə Yevlax avtovağzalının yaxınlığında qeydə alınıb.

    1981-ci il təvəllüdlü Emin Quliyev döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

    Dərhal xəstə əməliyyat olunub. 

    İlkin məlumata görə, hadisəyə səbəb qardaşlar arasındakı mübahisə olub. 

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər