Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs avtomobillə birgə saxlanılıb

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs avtomobillə birgə saxlanılıb
  • Hadisə

  • Martın 10-da Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə R.Rəhimova məxsus "VAZ-21011" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dəmirov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Balaxanı qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

    Aparılmış əməliyyat tədbirləri nəticəsində həmin şəxsin martın 8-də “VAZ” markalı avtomobil qaçırması da müəyyənləşdirilib. Həmin avtomobil Binə qəsəbəsinin ərazisində tapılıb.

    Faktla bağlı araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər