Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Hövsan qəsəbəsində idarə etdiyi avtomobildə silah-sursat saxlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Lazımov “Saipa” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən saxlanılıb. Onun avtomobilinə baxış zamanı tapança və “F-1” qumbarası aşkarlanaraq götürülüb.
Faktla bağlı 30-cu polis şöbəsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.