Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı

Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
  • Hadisə

  • Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərinə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan LEQAL.AZ-a verilən məlumata görə, Füzuli rayonunun işğaldan azad olunmuş Horadiz kəndinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.

    Araşdırmalarla onların Füzuli rayonunun Zobucuq qəsəbə sakinləri Ş.Süleymanov, S.Hüseynov və A.Alışov olmaları müəyyən edilib.

    Adıçəkilən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər