Binə qəsəbəsində marketdən içərisində pul olan seyf oğurlayan şəxs saxlanılıb VİDEO

Binə qəsəbəsində marketdən içərisində pul olan seyf oğurlayan şəxs saxlanılıb VİDEO
  • Hadisə

  • Binə qəsəbəsində marketlərdən birindən içərisində 9 min manat məbləğində pul olan seyfi oğurlayan Dilqəm Kamalzadə Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, araşdırma zamanı həmin şəxsin seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadığı evə gətirərək gizlətdiyi məlum olub. Polis əməkdaşları seyfi həmin yerdə taparaq maddi sübut kimi götürüblər.

    D.Kamalzadənin törətdiyi oğurluq marketin müşahidə kameraları ilə lentə alınıb.

    Faktla bağlı 3-cü polis bölməsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. D.Kamalzadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

    Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



    PAYLAŞ:

    Oxşar xəbərlər