FHN: Hövsan qəsəbəsində gəmidə baş vermiş yanğın söndürülüb

FHN: Hövsan qəsəbəsində gəmidə baş vermiş yanğın söndürülüb
  • Hadisə

  • Martın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğının baş verməsi barədə məlumat daxil olub.

    FHN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi dərhal hadisə yerinə cəlb olunub. Gəminin daxili bölmələrinin mürəkkəb və yanar konstruksiyalara malik olması və nəticədə meydana çıxan qatı tüstünün söndürmə işlərinə mane olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının geniş sahəyə yayılmasının qarşısı alınıb və alov söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər