Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndiirlən Elmin Eynullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
LEQAL.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Siyavuş Hacıyevin icraatındadır.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb. 1998-ci il təvəllüdlü Eynullayev Səfa Sahibəli oğlu qardaşı ilə dava edib. Qardaşı E.Eynullayev onun qarın nahiyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirib. S.Eynullayev hadisə yerində ölüb.
E.Eynullayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ititham verilib.(report)