Bakıda tikinti şirkətində bədbəxt hadisə, işçinin qolu amputasiya olundu

Bakıda tikinti şirkətində bədbəxt hadisə, işçinin qolu amputasiya olundu
  • Hadisə

  • Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib.

    LEQAL.AZ-ın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.

    İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub.

    Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.(report)
    PAYLAŞ:

    Oxşar xəbərlər