Cəlilabad sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
LEQAL.AZ report-a istinadən xəbər verir ki, hadisə bu gün Bakı şəhəri Qaradağ rayonunda yerləşən daş karxanalarının birində baş verib.
Daş karxanasında fəhləlik edən Cəlilabad rayon Uzuntəpə kənd sakini, 1978-ci il təvəllüdlü Hüseynov Ariz Bəhramxan oğlu iş vaxtı başına daş düşməsi nəticəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.