BMT: Myanmada hərbi çevriliş dövründə 54 nəfər öldürülüb

BMT: Myanmada hərbi çevriliş dövründə 54 nəfər öldürülüb
  • Hadisə

  • Myanmada hərbi çevriliş ərzində azı 54 nəfər öldürülüb.

    LEQAL.AZ report-a istinadən xəbər verir, bu barədə BMT-nin insan hüquqları üzrə Ali komissarı Mişel Baçelet bildirib.

    Məlumata görə, Myanmada fevralın 1-də baş vermiş çevrilişdən sonra bu insanlar polis və hərbçilər tərəfindən qətlə yetirilib.

    Baçelet vurğulayıb ki, öldürülənlərin faktiki sayı əhəmiyyətli dərəcədə çox ola bilər.

    Yanqon, Mandalay, Saqain, Maqvee və Monada təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən azı 30 nəfərin öldürülməsi təsdiqlənib. On səkkiz nəfər 28 fevralda, beş nəfər bundan əvvəl, daha bir nəfər isə martın 2-də öldürülüb. Bu müddət ərzində azı 100 insan yaralanıb.

    "Myanma hərbçiləri qətlləri və etirazçıların həbs olunmasını qurtarmalıdır", - o bildirib.

    Baçeletin məlumatına görə, çevrilişin əvvəlindən etirazlarda iştirak və ya siyasi fəaliyyətlə əlaqədar 1,7 min nəfərdən çox insan saxlanılıb və həbslərin sayı artır.
    PAYLAŞ:

    Oxşar xəbərlər