Suriyada YPG/PKK terrorçularının hücumu zamanı bir neçə nəfər yaralanıb

Suriyada YPG/PKK terrorçularının hücumu zamanı bir neçə nəfər yaralanıb
  • Hadisə

  • Suriyanın şimal-qərbində, Afrin şəhərinin Maryamin rayonunda YPG/PKK terrorçuları tərəfindən açılan raket atəşi nəticəsində bir neçə nəfər yaralanıb.

    Bu barədə report “Anadolu” agentliyinə istinadən xəbər verir.

    Zərbələr qruplaşma silahlılarının işğalı altında olan Tell-Rifat ərazisindən endirilib.

    Bildirilir ki, mərmi avtomobilə düşüb. Atəş nəticəsində nəqliyyat vasitəsi yararsız vəziyyətə salınıb və 3 nəfər yaralanıb.

    Yaralılar xəstəxanaya yerləşdirilib.

    Afrin 18 mart 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatı nəticəsində YPG/PKK terrorçularından təmizlənib. Hazırda terrorçular qonşu Tell-Rifata nəzarət edirlər.

    PAYLAŞ:

    Oxşar xəbərlər