Bakıda yaşayış evində yanğın olub - YENİLƏNİB

Bakıda yaşayış evində yanğın olub - YENİLƏNİB
  • Hadisə

  • Bakıda fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

    Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

    *** 10.25.

    Bakıda yaşayış evi yanır.

    LEQAL.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 104 ünvanında üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

    İlkin məlumata görə, evin mansardı yanır.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər