Gəncədə beşotaqlı ev yanıb

Gəncədə beşotaqlı ev yanıb
  • Hadisə

  • Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 71 m² sahədə, digər otağının tavanı 16 m² sahədə yanıb.

    Fövqəladə Hallar Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər